• Bakı C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Laricani ABŞ ilə danışıqların bərpasını təklif edib? - YENİLƏNİB

DÜNYA

02 Mart 2026 | 09:10

Laricani ABŞ ilə danışıqların bərpasını təklif edib? - YENİLƏNİB

"Tehran Vaşinqtonla danışıqları bərpa etməyəcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Biz ABŞ ilə danışıqlar aparmayacağıq", - Əli Laricani qeyd edib.

***

08:25

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-a İranın nüvə məsələsi ilə bağlı danışıqları bərpa etməyi təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, təklif rəsmi Tehrana qarşı Amerika-İsrail hərbi əməliyyatının başlamasından sonra danışıqlarda vasitəçi kimi çıxış edən Oman vasitəsilə çatdırılıb.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İranın yeni rəhbərliyinin Vaşinqtonla danışıqlara başlamaq istədiyini bəyan edib./report.az


SON XƏBƏRLƏR

01 Mart 2026