• Bakı 14° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Kembric Universiteti rekord ianə alıb

DÜNYA

01 Aprel 2026 | 08:25

Kembric Universiteti rekord ianə alıb

Kembric Universiteti müasir Britaniya tarixində rekord sayılacaq 190 milyon funt sterlinq (təxminən 250 milyon dollar) məbləğində ianə aldığını açıqlayıb.

Bakıvaxtı.az ali məktəbin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Böyük Britaniya təhsil tarixində bir universitetə edilən ən böyük birdəfəlik ianədir.

Sözügedən vəsaiti britaniyalı milyarder Kris Rokos ayırıb. Bu ianə hesabına universitet nəzdində beynəlxalq siyasət sahəsində "gələcəyin liderləri"nin hazırlanması ilə məşğul olacaq Rokos adına Dövlət İdarəçiliyi Məktəbi yaradılacaq.

Qeyd edək ki, Kembric Universiteti üçün bundan əvvəlki rekord 2019-cu ildə qeydə alınmışdı. Həmin vaxt amerikalı milyarder Stiven Şvartsman universitetə 185 milyon funt sterlinq ianə etmişdi. Kris Rokosun bu addımı ilə həmin rekord yenilənmiş oldu.


SON XƏBƏRLƏR

31 Mart 2026