• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi tanıdı

DÜNYA

01 Aprel 2026 | 09:01

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi tanıdı

Argentina hökuməti İran Silahlı Qüvvələrinin elit bölmələrindən biri sayılan İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Argentina prezidenti Xavyer Mileyin kanselyariyası məlumat yayıb.

Bildirilib ki, milli hökumət SEPAH-ın terror fəaliyyəti və onun maliyyələşdirilməsi ilə əlaqəli fiziki və hüquqi şəxslərin ictimai reyestrinə daxil edilməsi barədə qərar qəbul edib. Qeyd olunub ki, bu qərar Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Kəşfiyyatı Nazirliyinin koordinasiyası ilə qəbul edilib.

Açıqlamada vurğulanıb ki, qərar transmilli xarakterli qanunsuz fəaliyyətləri, o cümlədən Argentina ərazisində baş vermiş terror aktlarını təsdiqləyən rəsmi məlumatlara əsaslanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026