q
  • Bakı 11° C

    12.12 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Neft bahalaşmağa davam edir - YENİLƏNİB

İQTİSADİYYAT

02 Mart 2026 | 13:37

Neft bahalaşmağa davam edir - YENİLƏNİB

Dünya bazarlarında neft qiymətləri "Saudi Aramco" enerji şirkətinin neft emalı zavoduna (NEZ) zərbə endirilməsi barədə xəbərlərdən sonra bir qədər stabilləşmənin ardından, yazın ilk hərraclarında 10 % artıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu hərracların məlumatları təsdiqləyir.

"Brent" markalı neftin may fyuçerslərinin qiyməti 1 barel üçün 80,05 ABŞ dolları təşkil edib.

WTI markalı neftin aprel fyuçersləri isə 9,06 % bahalaşaraq 73,09 ABŞ dolları olub.

***

09:02

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin may müqaviləsinin dəyəri 6,38% artaraq 1 barelə görə 77,52 ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin aprel ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 6,09% artaraq 71,1 ABŞ dollarına bərabər olub.


SON XƏBƏRLƏR