• Bakı C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

İsrail Livanda əməliyyatlara başladığını elan etdi

DÜNYA

02 Mart 2026 | 10:44

İsrail Livanda əməliyyatlara başladığını elan etdi

İsrail “Hizbullah” qruplaşmasının hücumlarından sonra Livanda əməliyyatlara başladığını elan edib.

Bakıvaxtı.az “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sözçüsü Avixay Adrai "Telegram" kanalında məlumat verib.

“‘Hizbullah"ın raketlər buraxmasından qısa müddət sonra plana uyğun olaraq Beyrutda, həmçinin Livanın cənubunda ilk və genişmiqyaslı reyd dalğasına başladıq”,- deyə məlumatda qeyd olunub.

Onun sözlərinə görə, bu çərçivədə təşkilatın rəhbərliyinə, qərargahına və terror infrastrukturlarına zərbələr endirilib.

“Həmçinin əlavə reydlərə hazırlıq məqsədilə onların təhlükəsizliyini təmin etmək üçün Livanın cənub sakinlərinin təxliyəsi üzərində işləyirik”, — deyə o yazıb.

Adrainin sözlərinə görə, reydlər davam etdiriləcək və qüvvələrin sayı artırılacaq.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər./Trend


SON XƏBƏRLƏR

01 Mart 2026