“ABŞ İrana qarşı müharibə bitdikdən sonra NATO ilə münasibətlərini yenidən nəzərdən keçirməlidir“.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.
Onun sözlərinə görə, bu münaqişə bitdikdən sonra münasibətlərin yenidən nəzərdən keçiriləcəyinə şübhə yoxdur:
“NATO-nun bu ittifaq daxilində ölkəmiz üçün dəyərini yenidən nəzərdən keçirməliyik”.
Marko Rubio məsələyə dair qərar verməyin prezident Donald Trampdan asılı olacağını qeyd edib.
Aydın Baxış
Bakı 




