• Bakı 11° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Bu universitetin məzunlarına MÜKAFAT VƏSAİT VERİLƏCƏK

CƏMİYYƏT

01 Aprel 2026 | 00:32

Bu universitetin məzunlarına MÜKAFAT VƏSAİT VERİLƏCƏK

Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan kursantlar və onların ailələri üçün sosial təminat paketi maraq doğurub.

Bakıvaxtı.az-ın xəbərinə görə, qeyd olunur ki, institutda təhsil alan hər bir kursant aşağıdakı sosial ödəniş və təminatlarla əhatə olunur:

500 manat məbləğində birdəfəlik ödəmə;

150 manat məbləğində aylıq təqaüd;

200 manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım;

200 manat məbləğində şəxsi hesabda yığılan aylıq ödəniş.

Bundan əlavə, bildirilir ki, Heydər Əliyev adına Hərbi İnstituta qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə tam şəkildə təmin olunurlar – geyim, yaşayış, qidalanma və digər logistika təminatları dövlət tərəfindən qarşılanır.

Məlumata görə, institutun məzunlarına yalnız hərbi ixtisas deyil, eyni zamanda uyğun mülki ixtisas üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi də verilir. Bu isə məzunların gələcək karyera imkanlarını daha da genişləndirir.

Murad İsmayıl


SON XƏBƏRLƏR

31 Mart 2026