• Bakı 11° C

    4.71 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Rusiyanın İrandakı səfiri Azərbaycana TƏŞƏKKÜR ETDİ

DÜNYA

31 Mart 2026 | 21:20

Rusiyanın İrandakı səfiri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Rusiyanın İrandakı səfiri Aleksey Dedov ölkəsinin İrandan çıxmaq istəyən bütün vətəndaşlarının artıq bölgəni tərk etdiklərini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, RTVI-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan sərhədini keçmək üçün xarici vətəndaşlara xüsusi kod tələb olunur və bu kod əvvəlcədən səfirliyə müraciət etməklə əldə edilir.

"Fürsətdən istifadə edərək, bu məsələdə göstərdikləri davamlı dəstəyə görə Azərbaycan hökumətinə və Bakıda yerləşən səfirliyimizə təşəkkürümü bildirirəm", - deyə Aleksey Dedov Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.


SON XƏBƏRLƏR