• Bakı 15° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

SEPAH “Qüds” qüvvələrinin idarə rəisi öldürüldü

DÜNYA

01 Aprel 2026 | 11:24

SEPAH “Qüds” qüvvələrinin idarə rəisi öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin Livan bölməsinin mühəndislik idarəsinin rəisi Mehdi Vəfai öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, onun İsrail Ordusunun Livanın paytaxtı Beyruta hava zərbələri zamanı həyatını itirdiyi bildirilib.

İsrail Müdafiə Qüvvələrinin bəyanatında qeyd edilib ki, Mehdi Vəfai 20 illik fəaliyyəti dövründə Livan və Suriyada gizli layihələrə, İranın “Hizbullah” və Bəşər Əsəd rejiminin xeyrinə yeraltı infrastruktur yaratmaq səylərinə başçılıq edib.

Ordunun məlumatına görə, Vəfainin öldürülməsi “Hizbullah”ın yeraltı infrastruktur qurmaq imkanlarına, eləcə də İran tərəfindən Yaxın Şərqdə terror planlarının həyata keçirilməsi səylərinə ağır zərbədir.


SON XƏBƏRLƏR

31 Mart 2026