Azərbaycanda yaxın günlərdə hava şəraiti dəyişəcək.
Bakıvaxtı.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir.
Məlumata görə, aprelin 10, 11 və 12-də ölkə ərazisində yağıntılı hava proqnozlaşdırıb. Gözlənilən yağışlar xüsusilə dağlıq və yüksək relyefli ərazilərdə intensiv ola bilər.
Havanın temperaturu regionlardan asılı olaraq gündüz +12–+20°C, gecə isə +4–+12°C olacaq.
Meteoroloqlar sürücüləri və piyadaları diqqətli olmağa çağırır, çünki yağışlı hava zamanı yollarda sürüşmə riski artır.
Aprelin 30-da isə ölkədə şimşək çaxacağı gözlənilir.
Şimşək çaxması ilə bərabər güclü külək və qısamüddətli yağış da müşahidə edilə bilər.
Murad İsmayıl
Bakı 




