• Bakı 11° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Bağdadda amerikalı jurnalisti oğurladılar – Video

DÜNYA

31 Mart 2026 | 22:41

Bağdadda amerikalı jurnalisti oğurladılar – Video

İraqın paytaxtı Bağdad şəhərində amerikalı jurnalist Şelli Kittlson qaçırılıb.

Bakıvaxtı.az xarici mənbələrə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib. Məlumata görə, silahlı şəxslər jurnalistin olduğu avtomobili dayandıraraq onu zorla maşından çıxarıb və naməlum istiqamətə aparıblar.

İraqın Daxili İşlər Nazirliyi insidenti təsdiqləyib. Qeyd olunub ki, hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

Hadisəyə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. Regionda təhlükəsizlik vəziyyəti fonunda baş verən bu qaçırılma beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub.

 


SON XƏBƏRLƏR

31 Mart 2026