2026-cı ilin mart ayı Moskvada 1779-cu ildən bəri ən isti mart olub.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda Moskva Dövlət Universitetinin Meteoroloji Rəsədxanası məlumat yayıb.
Belə ki, orta aylıq temperatur 5,7°C-ə çatıb və 2007-ci ildə müəyyən edilmiş əvvəlki rekordu demək olar ki, bir dərəcə ötüb.
Bundan başqa, ay ərzində bir neçə temperatur rekordu qeydə alınıb. Yeni maksimumlar martın 12, 13, 15 və 31-də müəyyən edilib, rekord isə martın 14-də qeydə alınıb.
Bakı 




