• Bakı 14° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Rəqsanə oğurluq edib – AÇIQLAMA

ŞOU

01 Aprel 2026 | 00:47 | Müəllif: Əli Hüseynov

Rəqsanə oğurluq edib – AÇIQLAMA

Müğənni Rəqsanə İsmayılova səmimi etirafı ilə gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi açıqlamasında uşaqlıq illərinə qayıdaraq maraqlı bir hadisəni bölüşüb. O, bildirib ki, Gəncədə olduqları vaxt bazarda anasından “Çinar” şokoladı almağı israrla istəyib, lakin anasının pulu çatmayıb.

Rəqsanə həmin an duyğularına hakim ola bilmədiyini və şokoladlardan birini gizlicə götürərək pulunu ödəmədən yediyini etiraf edib. O, şokoladı hətta evə aparmadan elə oradaca yediyini də qeyd edib.

Sənətçinin bu səmimi etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi bunu uşaqlıq xətası kimi qarşılayaraq anlayış göstərsə də, digərləri fərqli fikirlər səsləndiriblər. /milli.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026