İran ABŞ ordusunun Səudiyyə Ərəbistanında yerləşən Əl-Xərc bazasına dron və raketlərlə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi "X" sosial şəbəkəsində yazıb.
"Bu gün Amerikanın Səudiyyə Ərəbistanının Əl-Xərc bölgəsindəki pilotlarının və uçuş heyətinin yaşayış yerinə pilotsuz uçuş aparatları və raketlərlə hücum etdik və 200 nəfərlik toplaşma nöqtəsini vurduq", - o qeyd edib.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Bakı 




