• Bakı 6° C

    0.62 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Gəncədə yaşayış binasında yanğın olub

HADİSƏ

01 Aprel 2026 | 08:11 | Müəllif: Əli Hüseynov

Gəncədə yaşayış binasında yanğın olub

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

Bakıvaxtı.az bildirir ki, bu barədə apa xəbər verir.

    Məlumata görə, taxta konstruksiyadan ibarət ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə yanğın qeydə alınıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

    Yanğın nəticəsində ümumi sahəsi 40 kvadratmetr olan mənzil əşyaları ilə birlikdə tam yanıb. Alov qısa müddətdə söndürülüb və binanın digər hissəsi mühafizə olunub.

    Bina sakinləri və yanğın baş verən mənzilin sakinləri təxliyyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Noyabr 2026