Bütün dünya Qərbin Macarıstanda seçkilərə müdaxiləsinə dair sübutlar əldə edib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik” ə bildirib.
O, Rusiyanın və Macarıstanın xarici işlər nazirləri arasında guya baş tutmuş danışıqla bağlı Qərb mediasında yayılan manipulyasiyaları şərh edib:
“Biz 10 ildir ki, seçkilərə müdaxilə ilə bağlı ittihamlar eşidirik. Dünən - martın 31-də isə bütün dünya Qərbin seçkilərə müdaxilə etdiyinə dair sübutlar aldı”.
Onun sözlərinə görə, bu cür informasiya manipulyasiyaları üçün Polşa mediası ilk dəfə deyil ki, istifadə olunur.
“Bu, sadəcə olaraq suveren bir dövlətdə keçirilən seçkilər kontekstində hansısa faktorun yaradılması cəhdidir. Belə bir "hekayə"yə ehtiyac var idi”, - deyə Mariya Zaxarova əlavə edib.
Zeynəb Rzayeva
Bakı 




