İranın hücum dronları Küveyt Beynəlxalq Hava Limanındakı yanacaq çənlərini hədəfə alıb. Zərbələr nəticəsində yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “KUNA” dövlət xəbər agentliyi məlumat yayaıb.
Agentlik Mülki Aviasiya İdarəsinin sözçüsü Abdullah əl-Rajhiyə istinadən bildirib ki , Küveyt Beynəlxalq Hava Limanı İran və onun dəstəklədiyi silahlı qruplar tərəfindən açıq-aşkar dron hücumlarına məruz qalıb.
Onun sözlərinə görə, yanacaq saxlama çənləri hədəfə alınıb və ərazidə böyük yanğın baş verib.
Mümkün itkilər və zərərlər barədə məlumat yoxdur.
Aydın Baxış
Bakı 




