• Bakı C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi

CƏMİYYƏT

02 Mart 2026 | 14:23

Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Bakıvaxtı.az xəbər verir ki, 7 və 9 mart tarixlərində hər iki istiqamətə səfələr təşkil ediləcək.

Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.

Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq.

Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.


SON XƏBƏRLƏR