Astara Sərhəd Gömrük keçid məntəqəsindən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edir.
Bakıvaxtı.az xəbər verir ki, bu dəqiqələrdə keçid məntəqəsindən 1 Fransa, 7 Tacikistan və 5 Azərbaycan vətəndaşının keçidi təmin olunub.
Qeyd edək ki, bundan əvvəl 50 Çin vətəndaşı da təxliyə olunub.
***
10:27
Martın 1-dən bu gün səhər saat 10-a qədər Astara Sərhəd Gömrük keçid məntəqəsindən ümumilikdə 40-a yaxın Rusiya vətəndaşı, 20 Pakistan və 2 Tacikistan vətəndaşı təxliyə olunub.
Bakıvaxtı.az-ın məlumatına görə, hazırda Rusiya vətəndaşlarının böyük bir qrupunun keçidi gözlənilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
Bakı 




