• Bakı C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Siyəzəndə avtomobil kanala aşdı - Sürücü öldü

HADİSƏ

02 Mart 2026 | 12:57

Siyəzəndə avtomobil kanala aşdı - Sürücü öldü

Siyəzən rayonunda avtomobil su kanalına aşıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə martın 1-də Alxanlı kəndinin ərazisində qeydə alınıb.

    Şabran rayon sakini 1954-cü il təvəllüdlü Feyruz Qasımovun idarə etdiyi “VAZ-2107” markalı, 10 MU 248 N-li avtomobil yolun kənarındaki su kanalına aşıb.

    Hadisənin sürücünün ürək çatışmazlığından ölməsi səbəbindən baş verdiyi bildirilir.

    Araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    01 Mart 2026