• Bakı C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Ötən ay 88 nəfər zəhərlənib - RƏSMİ

CƏMİYYƏT

02 Mart 2026 | 10:21

Ötən ay 88 nəfər zəhərlənib - RƏSMİ

2026-cı ilin fevral ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 88 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq KTM-dən bildirilib.

Məlumata görə. vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 82 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Pasiyentlərdən 33 nəfər dərman preparatlarından, 4 nəfər siçan dərmanından (rodentisid), 23 nəfər sirkə turşusundan, 1 nəfər həlledici məhlullardan, 3 nəfər yandırıcı məhlullardan, 4 nəfər allergik reaksiyalardan, 3 nəfər spirtli içkidən, 15 nəfər dəm qazından, 1 nəfər anafilaktik şokdan, 1 nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

"Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 6 nəfərin (kişi) həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri dərman, spirtli içki və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

01 Mart 2026