• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ bu ölkədəki səfirliyini BAĞLADI

DÜNYA

02 Mart 2026 | 19:12 | Müəllif: Subhan Mahmudov

ABŞ bu ölkədəki səfirliyini BAĞLADI

ABŞ regional gərginliyin kəskinləşməsi və Yaxın Şərqdə genişlənən hərbi münaqişə fonunda Bəhreynin paytaxtı Manamadakı səfirliyinin fəaliyyətini dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Bəhreyndəki səfirliyi rəsmi veb-saytında məlumat yayıb.

Bəyanatda davam edən regional təhlükəsizlik riskləri səbəbindən diplomatik missiyanın bağlı qalacağı və fəaliyyətin bərpası ilə bağlı əlavə məlumat veriləcəyi qeyd olunub.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Prezident Donald Tramp zərbələrin dörd-beş həftə davam edəcəyini, lakin Tehranın danışıqlar masasına oturacağı təqdirdə əməliyyatın dayandırıla biləcəyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026