• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdı 

CƏMİYYƏT

02 Mart 2026 | 15:55 | Müəllif: Qalib İbrahimoğlu

SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdı

SİMA-nın “KYC” (Müştərini tanı) rəqəmsal həlli “Bakcell” müştəri xidmətlərində tətbiq olunmağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, artıq “Bakcell” əməliyyatlarında təhlükəsizlik yoxlaması tələb olunan hallarda müştərilərin şəxsiyyətinin təsdiqi “SİMA KYC”nin üztanıma texnologiyası ilə həyata keçirilir. Bu yenilik sayəsində rəsmi satış nöqtələrində həyata keçirilən nömrə və cihaz satışı, nömrənin addan ada keçirilməsi, eləcə də nömrənin dublikatı xidmətinə dair əməliyyatlar zamanı müştərilərin identifikasiyası rəqəmsal və daha sürətli şəkildə aparılır.

İnteqrasiyanın əsas hədəfi rəqəmsal təhlükəsizliyi gücləndirmək, müştərilərə daha sürətli və etibarlı xidmət təqdim etmək, kağızsız sənəd dövriyyəsi sayəsində xidmət müddətini qısaldaraq müştəri təcrübəsini optimallaşdırmaqdır. 

“SİMA KYC” (Know Your Customer – Müştərini tanı) rəqəmsal həlli AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən 2023-cü ildə yaradılıb. Bu həll üz cizgiləri əsasında biometrik identifikasiya apararaq istifadəçinin kimliyini müəyyən edir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026