Paytaxtda bir sıra yeraltı piyada keçidlərində eskalatorların fəaliyyəti uzun müddətdir ki, dayanıb. Bunlara nümunə olaraq Sahil metrostansiyası yaxınlığında, Mərkəzi Bankın qarşısındakı keçidləri göstərmək olar.
Eskalatorlardan istifadə edə bilməyən piyadalar, xüsusilə yaşlılar və fiziki məhdudiyyəti olan şəxslər üçün bu vəziyyət ciddi çətinlik yaradır.
Maraqlıdır, sözügedən eskalatorların bərpası nə vaxt həyata keçiriləcək?
Məsələ ilə bağlı Bakıvaxtı.az “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə sorğu ünvanlayıb. Lakin qurumdan sorğuya cavab verilməyib.
Rəsmi qurumun mövqeyi açıqlanmadığı üçün eskalatorların nə zaman yenidən istifadəyə veriləcəyi hələlik məlum deyil.
Zeynəb Rzayeva
Bakı 




