Xəbər verdiyimiz kimi, Suqovuşan qəsəbəsi ərazisində mina hadisəsi baş verib. Hadisə nəticəsində rayon sakini Məhərrəmov Mahir Abdulla oğlu xəsarət alıb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1982-ci il təvəllüdlü şəxs (kişi) 01.04.2026-cı il tarixində saat 15:20 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub:
"Sağ ayaq aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağır qiymətləndirilir".
Zeynəb Rzayeva
Bakı 




