İsrail xarici işlər naziri Gideon Saar İrana qarşı hərbi əməliyyatın Təl-Əvivin iştirak etdiyi sonuncu münaqişə olmaya biləcəyini bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Düşmənlərimizin hiylələrinə aldanmamaq üçün gələcəkdə də sayıqlığımızı qorumalıyıq. Bunun sonuncu müharibə olacağına söz vermirik", - xarici işlər naziri qeyd edib.
G.Saar vurğulayıb ki, İsrail öz varlığına yönəlmiş birbaşa təhlükənin aradan qaldırılması kimi əsas məqsədə nail olmağı bacarıb:
"Hələ də qatı və amansız düşmənlərimiz var, amma onlara ciddi zərbə vurulub. Artıq mövcudluğumuzu təhdid edə bilməzlər. Bu nailiyyəti qoruyub saxlamağa borcluyuq".
Bakı 




