• Bakı 14° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Britaniya seçim etməyəcək - Starmer

    DÜNYA

    01 Aprel 2026 | 15:53

    Britaniya seçim etməyəcək - Starmer

    Bizim maraqlarımıza uyğun olan həm ABŞ, həm də Avropa ilə güclü münasibətlərin qorunmasıdır.

    Bakıvaxtı.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün keçirilən mətbuat konfrasında bildirib. O, ABŞ ilə münasibətlərin pisləşməsi fonunda ölkəsinin Avropaya daha çox yaxınlaşıb-yaxınlaşmadığı ilə bağlı sualı cavablandırıb.

    Baş nazir bildirib ki, Böyük Britaniya ABŞ və Avropa arasında seçim etmək niyyətində deyil. O, əlavə edib ki, müdafiə və təhlükəsizlik, enerji emissiyaları və iqtisadiyyat sahələrində Avropa ilə daha sıx əməkdaşlığa ehtiyac var. Baş nazirin sözlərinə görə, qitə ilə əlaqələrin gücləndirilməsi, eyni zamanda, ABŞ ilə münasibətlərin də möhkəmlənməsinə kömək edəcək.


    SON XƏBƏRLƏR