Çeçenistan rəhbəri Ramzan Kadırov böyük oğlu Axmatı varisi kimi nəzərdən keçirməyə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu iddia ilə “Novaya qazeta - Avropa” nəşri çıxış edib.
Nəşrin bu qərara gəlməsinə səbəb Ramzan Kadırovun mart ayı ərzində etdiyi paylaşımlarda yanında əvvəlki kimi kiçik oğlu Adam deyil, məhz Axmatın görünməsidir. Bundan başqa, daha əvvəl Kadırovun varisi kimi qiymətləndirilən Adamın yerli mətbuatda getdikcə daha az görünməsi diqqətlərdən yayınmayıb.
Kadırova yaxın mənbələrdən birinin sözlərinə görə, yeni varis hesab olunan Axmat cəmiyyət qarşısında çıxış etməkdən çəkinir, lakin zehni inkişaf baxımından qardaşlarını üstələyir.
Bakı 




