Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran danışıqlarını bərpa etmək üçün diplomatik səylər göstərir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik brifinqdə bildirib.
"Hamınız cənab Prezidentin danışıqlar masasını bərpa etmək üçün necə diplomatiya apardığını görürsünüz. Türkiyə bu danışıqlar üçün ən yaxşı ev sahibi ola bilər", - deyə o qeyd edib.
Çelik əlavə edib ki, Ankara dialoqa qayıtmağı dəstəkləyir və diplomatik həllə töhfə verməyə hazırdır.
Bakı 




