• Bakı C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

İrana qarşı əməliyyatlarda ABŞ ordusunun 18 hərbçisi yaralanıb

DÜNYA

02 Mart 2026 | 20:20

İrana qarşı əməliyyatlarda ABŞ ordusunun 18 hərbçisi yaralanıb

Yaxın Şərqdəki əməliyyat zamanı yaralanan ABŞ hərbçilərinin sayı 18-ə yüksəlib.

Bakıvaxtı.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Tim Hokins bildirib.

Vurğulanıb ki, martın 2-nə olan məlumata görə, ümumilikdə 18 ABŞ hərbçisi ağır yaralı hesab edilir.

Müharibə naziri Pit Heqset bazar ertəsi jurnalistlərə bildirib ki, həftəsonu ABŞ-nin dörd hərbi qulluqçusu Küveytdəki taktiki əməliyyat mərkəzinə sursatın düşməsi nəticəsində ölüb.

O bəyan edib ki, bu itkilər ABŞ-nin əzmini möhkəmləndirib.


SON XƏBƏRLƏR