• Bakı C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

İsrail Müdafiə Ordusu: "Hizbullah"ı darmadağın edəcək zərbə endirəcəyik

DÜNYA

02 Mart 2026 | 20:00

İsrail Müdafiə Ordusu: Hizbullahı darmadağın edəcək zərbə endirəcəyik

İsrail hazırkı əməliyyatları yalnız İrana deyil, həm də "Hizbullah"a zərbələrlə başa çatdıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir diviziya komandirlərini üçün keçirilən brifinqdə bəyan edib.

Onun sözlərinə görə, İsrail ordusu ön cəbhədədir, yaşayış məntəqələrini qoruyur və təhdidlərin aradan qaldırılması üçün zərbələr endirir: "Sakinlərin müdafiəsi bizim əsas prioritetimizdir. İsrailin yaşayış məntəqələrində əlavə təxliyə olmayacaq".

O qeyd edib ki, ordunun əsas səyləri İrana yönəlib, lakin "Hizbullah"ın cavab atəşindən sonra İsrail ordusu bu qruplaşmaya qarşı mübarizə aparacaq: "Biz bu kampaniyanı elə başa çatdıracağıq ki, güclü zərbələrlə yalnız İran deyil, həm də "Hizbullah" darmadağın olacaq".

E.Zamir əlavə edib ki, İsrailin Müdafiə Ordusu eyni vaxtda bir neçə istiqamətdə fəaliyyət göstərməyə hazırdır, müdafiə və hücum üçün bütün zəruri qüvvələr komandirlərin sərəncamındadır.

Qeyd edək ki, Livanda güclü partlayışlar baş verib, Beyrutun üzərində nəhəng tüstü buludları yüksəlib, ABŞ səfirliyi isə amerikalıları bu ölkəni tərk etməyə çağırıb.


SON XƏBƏRLƏR