• Bakı C

    2.1 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

"QatarEnergy"nin zavodlarında istehsal dayandı

DÜNYA

02 Mart 2026 | 16:23

QatarEnergynin zavodlarında istehsal dayandı

"QatarEnergy" İranın hücumları səbəbindən bir sıra şəhərlərdəki zavodda mayeləşdirilmiş təbii qazın (LNG) istehsalını dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkələrdəki rəsmi səhifəsində bildirilib.

"QatarEnergy"nin Ras-Laffan sənaye şəhərində və Mesaid şəhərində fəaliyyət göstərən obyektlərinə edilən hərbi hücumlarla əlaqədar olaraq şirkət LNG və onunla əlaqəli məhsulların istehsalını dayandırıb", - şirkətin mətbuat xidməti qeyd edib.

Məlumata görə, bu tədbirlər İranın Qətərin "QatarEnergy"yə məxsus enerji infrastrukturuna zərbə endirməsindən sonra görülüb.

"QatarEnergy" Qətərin dövlət neft-qaz şirkətidir və dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsalçılarından biridir.


SON XƏBƏRLƏR