• Bakı C

    2.1 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Tramp İran rəhbərliyi ilə əlaqə saxlamağı planlaşdırır

DÜNYA

02 Mart 2026 | 16:28

Tramp İran rəhbərliyi ilə əlaqə saxlamağı planlaşdırır

ABŞ Prezidenti Donald Tramp hələlik İranın müvəqqəti rəhbərliyi ilə birbaşa əlaqə saxlamasa da, yaxın gələcəkdə bunu etmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti Ağ Evin rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, ABŞ lideri hazırkı məqamda İranın müvəqqəti rəhbərliyi ilə müzakirələrə başlamağa tələsmir.

Bununla belə, Tramp "gec-tez" onlarla danışacağını bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində İranın ali rəhbəri Əli Xamenei ilə yanaşı, ölkənin bir çox yüksək rütbəli rəsmisi öldürülüb. Baş verənlərə cavab olaraq, İran tərəfi ABŞ və İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib.


SON XƏBƏRLƏR