• Bakı C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Qanunsuz ov etdilər - 6 min manat cərimələndilər

HADİSƏ

02 Mart 2026 | 17:20

Qanunsuz ov etdilər - 6 min manat cərimələndilər

İmişli və İsmayıllı rayonlarının inzibati ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı həmin şəxslərin Salyan rayonu Məzrəli kənd sakinləri Vəkil Xəlilov, Səydam Şirəliyev, Salyan rayon sakini Mehman Ağayev, Göyçay rayon sakinləri İkram Şükürov, Coşqun Həşimov və Ramil Quliyev olduğu müəyyən edilib, onlardan 3 ədəd ov silahı maddi sübut kimi götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və 6000 manat məbləğində cərimə tətbiq olunub.


SON XƏBƏRLƏR