"Emirates Airlines" şirkəti 2 mart axşamından etibarən fəaliyyətini bərpa edəcəyini və məhdud sayda uçuş həyata keçirəcəyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, aviaşirkətin açıqlamasında deyilir: "Biz mövcud rezervasiyaları olan sərnişinlərə üstünlük veririk və bu məhdud reyslərdə yenidən rezervasiya edilənlərə birbaşa Emirates şirkəti tərəfindən məlumat veriləcək".
Aviaşirkət sərnişinləri "müvafiq bildiriş almadıqları təqdirdə hava limanına səyahət etməməyə" çağırıb.
Bəyanatda həmçinin vurğulanır ki, "bütün digər reyslər növbəti bildirişə qədər dayandırılacaq".
Bakı 




