Milli Məclisin komitə sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial məsələlər və humanitar siyasət komitəsinin sədri Musa Quliyev və deputat Səbinə Salmanova martın 3-də Albaniya Respublikasının Tirana şəhərinə səfər edəcəklər.
Bakıvaxtı.az xəbər verir ki, sSəfər çərçivəsində deputatlarımız QDİƏT PA-nın Sosial məsələlər və humanitar siyasət komitəsinin iclasında iştirak edəcəklər. İclasda “Qara dəniz regionunda əlaqələrin və əməkdaşlığın gücləndirilməsində mədəni diplomatiyanın rolu” mövzusunda məruzələr dinləniləcək və tövsiyə layihəsi müzakirəyə çıxarılacaq.
Bakı 




