Pakistan Beynəlxalq Valyuta Fondundan (BVF) 1,2 milyard dollar maliyyə yardımı alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Nation" qəzeti İslam Respublikasının Dövlət Bankındakı mənbələrinə istinadən yazır.
Nəşrin məlumatına görə, bu vəsaitin 1 milyard dolları Genişləndirilmiş Kredit Proqramı, 200 milyon dolları isə Dayanıqlı İnkişaf və Bərpa Proqramı çərçivəsində verilib.
Nəşr qeyd edir ki, Pakistan Mərkəzi Bankına verilən bu vəsaitlərin ölkənin maliyyə vəziyyətini gücləndirəcəyi və iqlim dəyişikliyi və ətraf mühit problemlərinin yaratdığı problemlərə qarşı iqtisadi dayanıqlığın artırılması təşəbbüslərini dəstəkləyəcəyi gözlənilir.
Bakı 



