• Bakı 17° C

    6.7 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

ABŞ ordusu BUNUNLA narkotik gəmilərini vurur -FOTO

DÜNYA

12 Noyabr 2025 | 09:49

ABŞ ordusu BUNUNLA narkotik gəmilərini vurur - FOTO

ABŞ ordusu Sakit okean və Karib dənizində narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən qayıqlara qarşı əməliyyatlar həyata keçirir.

Bakıvaxtı.az bu barədə CNN-ə istinadən xəbər verir.

Belə ki, bu zərbələrdə PUA-lar, qırıcılar kimi müxtəlif hərbi vasitələrdən istifadə olunur.

Bildirilib ki,hücumların əksəriyyəti "MQ-9 Reaper" tipli pilotsuz uçuş aparatları ilə həyata keçirilir. Məlumata görə, məsafədən idarə olunan bu dronlar adətən “Hellfire” raketləri ilə silahlanır.

Digər zərbələr isə "AC-130J" tipli qırıcılarla icra olunub.

Qeyd edək ki, hazırda Pentaqon bu əməliyyatlarda hansı təyyarə və avadanlıqlardan istifadə olunduğunu rəsmi şəkildə açıqlamayıb.

Xatırladaq ki, sentyabrın əvvəlindən bəri ABŞ ordusu 19 zərbə nəticəsində 20 qayığı məhv edib və 76 nəfəri öldürüb. 

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

11 Noyabr 2025