• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Eldar Əzizov Ramanada subasmadan zərər çəkmiş ərazilərə baxış keçirdi - FOTO

CƏMİYYƏT

01 Aprel 2026 | 18:41 | Müəllif: Subhan Mahmudov

Eldar Əzizov Ramanada subasmadan zərər çəkmiş ərazilərə baxış keçirdi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ramana qəsəbəsində olub.

Bakıvaxtı.az xəbər verir ki, o, bir neçə gün yağan intensiv yağışlar nəticəsində subasmadan zərər çəkmiş ərazilərə birbaşa baxış keçirib və orada yaşayan sakinlərlə görüşüb, həmçinin aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Görüş zamanı Eldar Əzizov sakinlərin problemlərini də dinləyib.

Sakinlər öz növbəsində görüşün təşkilinə görə minnətdarlıq ediblər. Eyni zamanda, onlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətindən narazılıqlarını açıq şəkildə bildiriblər. Sakinlər Agentlik tərəfindən bu problemlərə yetərli diqqət yetirilmədiyini və bərpa işlərinin zəif aparıldığını qeyd ediblər.


Eldar Əzizov Ramanada subasmadan zərər çəkmiş ərazilərə baxış keçirdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR