• Bakı 18° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Yaponiya Rusiyanın sanksiyalarını "qəbuledilməz" adlandırıb

DÜNYA

12 Noyabr 2025 | 09:50

Yaponiya Rusiyanın sanksiyalarını qəbuledilməz adlandırıb

Yaponiya hökuməti Moskvanın Tokionun sanksiyalarına cavab olaraq tətbiq etdiyi 30 Yaponiya vətəndaşının ölkəyə giriş qadağasını qəbuledilməz hesab edir, lakin qonşu ölkə kimi Rusiya ilə dialoqu davam etdirmək istəyir. 

Bakıvaxtı.az "Yonhap"a istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara deyib.

Onun sözlərinə görə, Tokio Moskva ilə dialoqu davam etdirməyə sadiqdir:

"Alimlərin və media nümayəndələrinin ölkəyə girişinə qadağa qoyulması təəssüf doğurur. Yaponiya ilə Rusiya arasında münasibətlər mürəkkəbdir. Lakin biz hesab edirik ki, qonşu ölkə olan Rusiya ilə müxtəlif kanallar vasitəsilə əlaqəni, eləcə də humanitar mübadilələri davam etdirmək vacibdir".

Kiharan bildirb ki, Yaponiya tərəfi öz mövqeyini açıqlayaraq diplomatik kanallar vasitəsilə Moskvaya etiraz edib. 

"İstənilən halda, biz Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyətlə, ilk növbədə, G7 ilə əməkdaşlıq edəcəyik. Biz həmçinin Rusiya tərəfi ilə dialoqa ümid edirik", - Nazirlər Kabinetinin baş katibi qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

11 Noyabr 2025