Kolumbiya hakimiyyəti ABŞ ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq qərarına gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro açıqlama verib.
"Hüquq-mühafizə orqanlarına ABŞ təhlükəsizlik xidmətləri ilə bütün əlaqəni dayandırmaq əmri verilib", - ölkə başçısı sosial şəbəkədəki səhifəsində yazıb.
Prezidentin sözlərinə görə, sərəncam ABŞ hakimiyyəti Karib dənizində gəmilərə hücumları dayandırana qədər qüvvədə qalacaq.
O əlavə edib ki, narkotiklərlə mübarizə Karib hövzəsi vətəndaşlarının insan hüquqlarına hörmət edilməklə aparılmalıdır.
Bakı 



