• Bakı 16° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Rusiya ilk yerli robotunu hazırladı

DÜNYA

12 Noyabr 2025 | 11:01

Rusiya ilk yerli robotunu hazırladı

Rusiyada ilk yerli antropomorf robot təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, süni intellekt sistemi ilə işləyən robotun adı Aidoldur.

Robot insan kimi yeriyə, əşyaları idarə edə və ünsiyyət qura bilir. Onun sənaye müəssisələrində, banklarda, hava limanlarında və xidmət sahələrində istifadəsi planlaşdırılır.

Hazırlayanların sözlərinə görə, Aidol insanla məntiqli şəkildə danışa, suallara ünvanlı cavab verə və müxtəlif emosiyalar göstərə bilir. 

Robotun üz hissəsində 19 servo mühərrikə bağlı elastik mexanizmlər yerləşdirilib ki, bu da ona azı 12 əsas emosiyanı ifadə etməyə imkan verir.


SON XƏBƏRLƏR