• Bakı 22° C

    4.16 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Qazaxıstan Prezidenti dörd ölkəyə səfir təyin etdi

DÜNYA

13 Oktyabr 2025 | 09:49

Qazaxıstan Prezidenti dörd ölkəyə səfir təyin etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Akan Raxmetullini xarici işlər nazirinin birinci müavini vəzifəsindən azad edib.

Bakıvaxtı.az xəbər verir ki, onun yerinə Qazaxıstanın ABŞ-dəki keçmiş səfiri Yerjan Aşıkbayev təyin olunub.

Prezident həmçinin bəzi səfirləri vəzifəyə təyin edib və vəzifədən azad edib:

Daniyar Sarekenov Qazaxıstanın Sloveniyadakı səfiri vəzifəsindən azad olunub. Altay Abibullayev Sloveniya səfiri təyin edilib;

Qazaxıstanın Xorvatiyadakı səfiri Daulet Batraşev eyni vaxtda Bosniya və Herseqovina və Monteneqroda səfir təyin olunub;

Qazaxıstanın Əlcəzairdəki səfiri Anuarbek Axmetov eyni vaxtda Tunis səfiri təyin edilib.


SON XƏBƏRLƏR

12 Oktyabr 2025