Ukraynanın enerji infrastrukturuna zərbələr endirdikdən sonra Rusiyanın Ukrayna ilə həmsərhəd olan iki bölgəsi bazar günü elektrik enerjisinin kəsilməsi ilə üzləşib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun “Telegram”da yaydığı məlumata görə mütəmadi olaraq Ukrayna atəşinə məruz qalan adıçəkilən vilayətdə elektrik və istilik təchizatı şəbəkəsinə ciddi ziyan dəyib: “Bir neçə küçədə elektrik enerjisi kəsilib, 20 mindən çox mənzil işıqsız qalıb. Bundan başqa Ukrayna ilə həmsərhəd olan Kursk vilayətinin Korenevo kəndindəki elektrik stansiyalarından birində yanğın baş verib:“10 yaşayış məntəqəsi işıqsız qalıb. Bu barədə qubernator Aleksandr Xinşteyn “Telegram” yazıb.
Voronej vilayətinin qubernatour Aleksandr Qusev də bildirib ki, istilik qurğusunda yanğın baş verib. Rusiya Müdafiə Nazirliyi digər sərhəd ərazisi olan Bryansk vilayəti üzərində 44 pilotsuz təyyarənin vurulduğunu bəyan edib.
Qeyd edək ki, ötən şənbə Rusiya Ukraynanın elektrik, qaz və dəmir yolu şəbəkələrinə kütləvi hava zərbələri endirib. Bu hücum Ukrayna elektrik stansiyalarında elektrikin kəsilməsinə və böyük maddi ziyana səbəb olub, ən azı 4 nəfər ölüb. Hərbi Hava Qüvvələrinin məlumatına görə, şənbə günü gecə Rusiya qüvvələri Ukraynanı 69 PUA ilə atəşə tutub, onlardan 34-ü vurulub.
Aydın Baxış
Bakı 



