• Bakı 14° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Britaniyada çevriliş olacaq?

DÜNYA

12 Noyabr 2025 | 09:09 | Müəllif: Əli Hüseynov

Britaniyada çevriliş olacaq?

Böyük Britaniyanın Baş naziri Kir Starmerin komandası səhiyyə naziri Ues Stritinqin hökumət başçısını vəzifədən kənarlaşdırmaq məqsədilə çevriliş hazırladığını iddia edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“Son bir həftə ərzində Baş nazirin komandası Stritinqin fəal şəkildə çevriliş hazırladığına dair yeni məlumat əldə edib”, - xəbərdə deyilir.

Kir Starmerin tərəfdarları hesab edirlər ki, onu vəzifədən kənarlaşdırmaq cəhdi hökumətin maliyyə sabitliyini sarsıda bilər.

Qeyd edək ki, Starmer 2024-cü ildən Baş nazir vəzifəsini icra edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026