• Bakı 14° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Makrondan Qəzza ilə bağlı açıqlama: Hazırıq!

DÜNYA

12 Noyabr 2025 | 00:53

Makrondan Qəzza ilə bağlı açıqlama: Hazırıq!

Fransa tərəfi anklavda vəziyyəti sabitləşdirmək üçün Fələstin qüvvələrinin gücləndirilməsinə kömək etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Fələstin Prezidenti Mahmud Abbasla keçirdiyi mətbuat konfransında bildirib.

"Qəzzadakı vəziyyətin sabitləşməsi Fələstin Administrasiyasının təhlükəsizlik və polis qüvvələrinin bərpasını tələb edir.

Fransa bu məqsədlə "EUBAM Rafah" və "EUPOL Copps" missiyaları çərçivəsində Fələstin qüvvələrinin gücləndirilməsinə kömək etməyə hazırdır. Həmçinin Fransa Qəzza zolağında beynəlxalq təhlükəsizlik missiyalarına 100-dən çox hərbçi göndərmək niyyətindədir", - deyə Makron qeyd edib.

Qeyd edək ki, daha öncə “Politiko” nəşri Avropa Birliyinin humanitar yardımların Qəzza sektoruna çatdırılmasına dəstək üçün Rəfah sərhəd-keçid məntəqəsi ərazisində sərhəd yardım missiyasının (EUBAM Rafah) fəaliyyətini bərpa etməyə hazır olduğuna dair məlumat yaymışdı. Nəşr, həmçinin AB-nin Fələstin mülki polisini və məhkəmə orqanlarını dəstəkləmək üçün "EUPOL Copps" xidmətini işə cəlb edə biləcəyinə hazır olduğunu da qeyd etmişdi./Axar.az


SON XƏBƏRLƏR

11 Noyabr 2025