• Bakı 14° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

TDT Baş katibi təyyarə qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib

DÜNYA

12 Noyabr 2025 | 01:00

TDT Baş katibi təyyarə qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "X"də paylaşım edib.

"Türkiyə Milli Müdafiə Nazirliyinin Azərbaycandan Türkiyəyə qayıdan hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğradığını dərin kədərlə öyrəndik. Hazırda axtarış-xilasetmə işləri davam edir. Şəhidlərin ruhuna səmimi dualarımızı çatdırır, ailələrinə, yaxınlarına və qardaş Türkiyə xalqına başsağlığı veririk", - paylaşımda bildirilib.

Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.


SON XƏBƏRLƏR

11 Noyabr 2025