• Bakı 13° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Trampa İsrailin ən yüksək mülki mükafatı təqdim ediləcək

DÜNYA

13 Oktyabr 2025 | 10:30

Trampa İsrailin ən yüksək mülki mükafatı təqdim ediləcək

İsrail Prezidenti İsaak Hersoq amerikalı həmkarı Donald Trampa Qəzzadan girovların azad edilməsinin təmin edilməsində və müharibənin dayandırılmasında köməyinə görə ölkənin ən yüksək mülki mükafatını təqdim edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Prezidentinin ofisi tərəfindən yayılmış bəyanatda deyilir.

"Donald Trampa mükafatı təqdim etmək mənim üçün böyük şərəf olacaq", - İ.Hersoq qeyd edib.

İsrail Prezidenti bildirib ki, mükafat yaxın aylar ərzində təqdim ediləcək və o, bu gün qərarını Trampla bölüşəcək.


SON XƏBƏRLƏR

27 Noyabr 2025