Avropa Parlamenti (AP) öz binalarına iranlı diplomatların girişini qadağan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı AP sədri Roberta Metsola "X" sosial şəbəkə hesabında paylaşıb.
"Bu gün mən İranın bütün diplomatik əməkdaşlarının və istənilən digər nümayəndələrinin Avropa Parlamentinin bütün binalarına daxil olmalarını qadağan etmək barədə qərar qəbul etdim", - deyə məlumatda qeyd olunur.
Qeyd olunub ki, bu qərar İrandakı qeyri-sabit daxili siyasi vəziyyət və kütləvi iğtişaşlarla bağlı verilib.
Bakı 




