Türkiyədə nazir təyinatları qanunvericilər arasında qarşıdurmalara səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyə parlamentinin bugünkü iclasında Rəcəb Tayyib Ərdoğanın Akın Gürlekin ədliyyə naziri, Mustafa Çiftçinin isə daxili işlər naziri təyin edilməsi ilə bağlı fərmanı oxunub.
TBMM sədrinin müavini Bəkir Bozdağ yeni kabinet üzvlərini and içmək üçün kürsüyə dəvət edib.
Lakin Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri Akın Gürlekin təyinatının konstitusiyaya zidd olduğunu iddia ediblər. Çünki o, İstanbulun baş prokuroru vəzifəsində çalışır.
Gürlek and içmək üçün kürsüyə çıxanda CHP üzvləri buna mane olmağa çalışıblar. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) üzvləri buna mane olub və nəticədə fiziki zorakılıqla müşayiət olunan dava baş verib. Daha sonra hakim partiya üzvləri kürsünün qarşısında canlı sədd yaradıblar.
Bakı 




